Korporativ məsuliyyət

“AQRARKREDIT” SƏHMDAR KREDİT TƏŞKİLATININ  “Biznes  etika və Korporativ davranış” MƏCƏLLƏSİ

  • 1.1 “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının “Biznes etika və Korporativ davranış” Məcəlləsi (bundan sonra “Məcəllə” adlanacaq) Təşkilatda etik və mənəvi dəyərlər sisteminin yaradılması, davranış normalarının müəyyən edilməsi və Təşkilatın imicinin qorunması məqsədilə hazırlanmışdır. Təşkilatın “Biznes etika və Korporativ davranış” Məcəlləsi Təşkilatın fəlsəfəsinin əsas prinsiplərinin göstəricisidir.

    1.2 Bu Məcəllə 2 hissədən ibarət olub, 1-ci hissədə “Biznes - etika”, yəni bura “Məxfilik”, “Müştərilərlə və digər təşkilatlarla əlaqələr” və s. kimi bölümləri , 2-ci hissədə isə “Korporativ davranış” qaydaları , yəni bankda ümumi etik normaları  özündə əks etdirən davranış qaydaları qeyd olunmuşdur.

    1.3 Bu Məcəllə Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər qanunları, Bankın İnsan resurslarının idarə edilməsi üzrə siyasəti, habelə korporativ dəyərləri əsasında hazırlanmışdır.

    1.4 Bu Məcəllənin müddəaları tutduğu vəzifəsindən və mövqeyindən asılı olmayaraq bütün işçilər tərəfindən mənimsənilməlidir.

    1.5 Bu Məcəllənin əsas məqsədi bankın rəqabətədavamlılığını təmin edən əsas üstünlüklərdən biri olan nizam-intizamlı, peşəkar, bacarıqlı və nəhayət Təşkilatın ən dəyərli aktivləri olan insan resurslarının vahid heyətdə, ruh yüksəkliyi ilə çalışaraq, Təşkilatın hazırki və gələcək uğurlarına dəstək verməkdən ibarətdir. 

    1.6 Bu Məcəllə Təşkilatın insan resurslarının gündəlik idarəetmə təcrübəsinin bir hissəsi olan missiya, təşkilati prinsiplər və Təşkilatın biznes dəyərləri zəminində işləmələri üçün bir dərslik olmalıdır.

    1.7 Bank işçiləri etik normaların lazımi səviyyədə saxlanılması və onlara  riayət olunmasına  görə məsuliyyəti öz üzərinə götürürlər.

    1.8 Təşkilatın İdarə Heyəti açıqlıq və məsuliyyətlilik atmosferinin yaradılmasına görə məsuliyyət daşıyır. Təşkilatın bütün kollektivi qeyri-qanuni, əxlaq nöqteyi-nəzərindən şübhəli bilinən əməliyyat və sazişlərin aparılmasına qarşı hərəkətlərdən çəkinməməli, eyni zamanda fəal reaksiya verməlidirlər.

    1.9 Bütün səviyyələrdən olan Təşkilatın rəhbərləri həm iş əməliyyatlarının həyata keçirilməsinin effektivliyinə görə, həm də onların Təşkilatın etik normalarına müvafiq olmalarına görə cavabdehdirlər.

  • 1.1.1 Təşkilatın bütün işçiləri Təşkilatda işlədikləri dövr ərzində məxfi məlumatları qorumağa borcludurlar və bu məlumatların  yayılmasına  görə məsuliyyət daşıyırlar.

    1.1.2 Təşkilatın bütün işçiləri işə daxil olan gündən bank və kommersiya sirri haqqında öhdəliyi imzalamalı, həm bank, həm də kommersiya sirrinin yayılmasına görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, məsuliyyət daşıyacağı barədə xəbərdar edilməli və Bank Olmayan Kredit Təşkilatdakı  prosedura və qaydalara riayət etməlidirlər.

  • 1.2.1 Təşkilatın işçiləri kiçik hədiyyələrdən başqa (bunlara güllər, şirniyyatlar aid edilir) digər hədiyyələri, onların vəzifə öhdəlikləri ilə əlaqədar birbaşa və ya dolayısı yolla digər tərəfdən bəxşiş və ya kömək qəbul etməyə, tələb etməyə və ya almağa hüquqları yoxdur.

    1.2.2 Təşkilatın işçisi rəsmi, işgüzar əməkdaşlara və ya fərdi şəxslərə düzgün təsir göstərməyəcək istənilən mükafatlardan çəkinməlidir.

  • 1.3.1 Müştərilərlə, banklarla, dövlət müəssisələri və digər kənar təşkilatlarla istənilən əlaqələr Azərbaycan Respublikasının qanunvericiliyinə, Təşkilatın maraqlarına  və ədalət prinsipinə riayət olunmasına əsaslanıb.

    1.3.2  Təşkilatın bütün işçiləri etibarlılıq, şəffaflıq, düzgünlük kimi bank dəyərlərinə istinad edərək müştərilərinə yüksək səviyyəli xidmət göstərən, onların inkişafını dəstəkləyən  və biznes tərəfdaşları ilə işguzar əlaqələri daima inkişaf etdirən bir komanda şəklində sıx fəaliyyət göstərməli və hər yeni müştəri ilə (yəni bunlar təşkilatlar, qürumlar və s. ola bilər) ünsiyyət zamanı bu dəyərləri onlarda formalaşdırmağa-aşılamağa çalışmalıdırlar.

    1.3.3 Potensial müştərilərlə əlaqədar qəbul edilən qərarlar üçün əsas - yalnız işgüzar münasibətlər olmalıdır.

    1.3.4 Müştərilərlə birbaşa işləyən Təşkilatın işçisi, Təşkilatın  “Ön ofis işçisinin işgüzar ünsiyyət etikası” bölümünün prinsiplərini oxumağa və onlara riayət etməyə borcludur.

    1.3.5 Təşkilatının bütün işçiləri “çirkli pullar”ın yuyulmasının qarşısının alınması, vicdanlı rəqabət, korrupsiyaya qarşı mübarizə göstərilməsi, həmçinin digər bu cürhüquq və normativ aktlara riayət edilməsi siyasəti çərçivəsində fəaliyyət göstərməlidirlər.

    1.3.6 Təşkilatın işçiləri şübhəli və ya kriminal sövdələşmələrdə iştirak etməməlidirlər.   

  • 1.4.1 Təşkilatın fəlsəfəsi harmoniya, ədalət, siyasi laqeydlik, etibar, inkişaf və məntiq prinsiplərinə əsaslanıb. Bankın bütün işçiləri hazırkı və gələcək müştərilərlə,  həmçinin öz aralarında milliyyət, dini, cinsi, yaş, vətəndaşlıq, ailə, vəziyyət, fiziki və ya əqli fəallıq ayrı-seçkiliyi, həmçinin digər fərqliliklər olmadan qarşılıqlı əlaqələrdə Təşkilatın fəlsəfəsinə riayət etməlidirlər. Təşkilatın rəhbərliyi  Bankda təcavüz, diskriminasiya, qorxudulmanı istisna edən şərait və iş atmosferi yaratmalıdır. Bu cür hadisə ilə rastlaşan Təşkilatın istənilən işçisinin bu haqda bu cür mübahisələrin həllinə görə cavabdeh olan şəxsi və ya birbaşa rəhbəri xəbərdar etməyə hüququ var.

  • 1.5.1 Cirkli pulların yuyulması - qanuni işgüzar dövriyyə yolları ilə cinayətkar sahələrdən əldə edilən pulların qanuni sənədləşdirilməsi deməkdir. Təşkilat cirkli pulların yuyulması ilə mübarizə aparmalı və bunun qarşısını almalıdır.  Hər bir Təşkilat əməkdaşından cirkli pulların yuyulmasını mümkün edən və ya ona şərait yaradan bu cür işgüzar proseslərə qarşı diqqətli yanaşması tələb olunur.

  • Hər bir sahədə, o cümlədən bank sahəsində uğur, iqtisadi əsaslarla yanaşı, həm də etik davranış normaları üzərində qurulur. Bir sözlə “Korporativ davranış” qaydalarına riayət – Təşkilatının  peşəkarlığının əsas elementlərindən biridir. Коllекtivdə olan münasibətlər, yəni işçi-işçi münasibəti, rəhbər (menecer)-işçi münasibəti, müştəri-işçi və s. münasibətlər əməkdaşların əhval-ruhiyyəsinə, iş qabiliyyətinə və Təşkilatın ümumi fəaliyyətinə təsir göstərən amillərdəndir ki, bunun üçün də bankda əlverişli iş mühitinin yaradılması və qorunması, daima yüksəkdə saxlanması məqsədilə əməkdaşlar tərəfindən aşağıda göstərilən daxili davranış norma və qaydalarına riayət edilməlidir:

    • Bir-birinə hörmətlə yanaşmalı;
    • Daima gülərüz və nəzaкətli оlmalı;
    • Aqressiya, səbirsizlik göstərməməli;
    • Müştərilər və həmkarlarla ünsiyyət zamanı səs tonuna və sözlərin tələffüzünə fikir verməli;
    • Ünsiyyət zamanı jarqon və təhqiredici sözlərdən istifadə etməməli;
    • Həmsöhbəti diqqətlə dinləməli, оna fikirlərini tam bildirməк üçün imkan yaratmalı;
    • İş vaxtı yatmamalı;
    • Ucadan əsnəməməli, danışmamalı, gülməməli;
    • Müştəri və qonaqların yanında şəxsi telefon danışıqları aparmamalı, kosmetik vasitələrdən istifadə etməməlidirlər.

    Həm Rəhbər (menecer), həm də işçi aşağıdakı keyfiyyətlərə malik olmaqla yanaşı  qeyd olunan qaydaları gözləməlidirlər:

    • Rəhbər ilk öncə yüksək davranış mədəniyyətinə malik olmalıdır;
    • Rəhbər ünsiyyət zamanı səmimi, səlist olmalı və qarşı tərəfdə özünə qarşı xoş təəssürat yaratmalıdır;
    • Rəhbər tabeçiliyində olan işçilərin ona qarşı hörmətlə yanaşması üçün, hamıya eyni, bərabər diqqət yetirməlidir;
    • Rəhbər öz işinə sadiq olmalı, lakin uğuru zamanı sevincini paylaşmalı, uğursuzluqlarını isə qəbul etməyi bacarmalıdır;
    • Rəhbər hər şeyi əvvəlcədən ölçüb-biçmək şərtilə riskə getməyi bacarmalıdır;
    • Sözünə sadiq, lakin məsləhətlərə qulaq asan olmalıdır;
    • Ciddi, lakin yumor hissiyatlı olmalıdır;
    • Mehriban, lakin işçi ilə münasibətdə hədd qoymalıdır;
    • Rəhbər işçini digər həmkarları yanında tənqid etməməlidir;
    • Rəhbər tərəfindən yeni qəbul olunmuş işçiyə qarşı, yeni iş yerinə uyğunlaşana qədər digərlərindən fərqli olaraq, xüsusi yanaşma tərzi olmalıdır;
    • Rəhbər tabeçilində olan işçini dinləməyi bacarmalıdır;
    • Həm rəhbər, həm də işçi öz hisslərinə sahib olmağı bacarmalıdır;
    • Rəhbər öz səhvini etiraf etməyi bacarmalı və коnstruкtiv tənqidə görə tabeçiliyində olan işçiləri təqib etməməlidir;
    • Rəhbərin tənqidi işçi üçün məsləhət xarakteri daşımalıdır;
    • Hər bir işçi rəhbərin otağına daxil olarkən qapını döyməlidir;
    • Rəhbər bilavasitə tabeçiliyində olan işçini tənqid etdiyi kimi, gördüyü işdən əldə etdiyi yüksək nəticəyə görə tərif etməlidir. Rəhbərin bu hərəkəti işçinin daha effektiv işləməyi üçün bir stimul xarakteri daşıyır;
    • Rəhbər bilavasitə tabeçiliyində olan işçiləri təhqir edə bilməz;
    • Rəhbər tabeçiliyində olan işçini eyni və ya oxşar səhvlərə görə tənqid etməməlidir, belə olduğu halda, bu digər işçilər arasında rəhbərə qarşı mənfi rəy - yəni rəhbərin tapşırığına qarşı laqeydlik hissləri yarada bilər;
    • Rəhbər işçi, rəhbəri olduğu bölmədə komandadaxili münasibətləri daima yüksəkdə saxlamalıdır, yəni:
    1. “Mütəşəkkil komanda olmasa, yüksək nəticələr əldə etmək olmaz” prinsipini əldə rəhbər tutmalıdır;
    2. Komanda formasında müxtəlif idman və əyləncə tədbirlərində iştirak etməlidir;
    3. Hər bir nəticədən bəhrələnərək, işçilərin əhval-ruhiyyəsini daim yüksəkdə saxlanmasını təmin etmək üçün müxtəlif növlü həvəsləndirici üsullardan istifadə etməlidir;
    4. Komandadaxili bir-birinə qarşı inam və etibar yaratmalıdır;
    5. Ümumi məqsədə çatmaq istəyi ilə “Bir nəfər hamı üçün, hamı bir məqsəd üçün” prinsipi ilə rəhbər tərəfindən hər bir işçiyə fərdi yanaşma tərzi olmalıdır.

    İşçilər bir-birinə qarşı olan münasibətlərdə aşağıdakı qaydaları gözləməlidirlər:

    • İşçilər bir-birinə hörmətlə yanaşmalı;
    • Həmkarlara dəstək olmalı, təcrübə və biliklərini paylaşmalı;
    • Bir-birinə qarşı mehriban оlmalı, mübahisə etməməli;
    • Yaxınlıqda olmasından asılı olmayaraq, həmkarlarına müraciət edərkən onunla ünsiyyəti telefon vasitəsilə yaratmalıdırlar.

    “Müştəri ilə böyümək” prinsipini əldə rəhbər tutaraq hər bir müştəriyə yüksək səviyyəli xidmət göstərmək istiqamətində Ön Ofis işçisindən tələb olunan standartlar aşagıdakılardır:

     Ön Ofis işçisi

    • Korporativ ünsiyyət mədəniyyəti saxlamağa və səliqəli xarici görünüşə malik olmalıdır;
    • Müştəri ilə ünsiyyət zamanı xeyirxah və mehriban olmaq, müştərinin problem və arzularına qarşı hörmətlə yanaşmalıdır;
    • Hec bir halda müştəriyə qarşı kobud və diqqətsiz münasibət göstərməməlidir;
    • Hər bir bank müştərisinə özünəxas yanaşma tərzi olmalıdır;
    • Müştəri ilə işin psixoloji aspektlərini yaxşı bilməlidir;
    • Müştəri yaxınlaşan zaman ilkin olaraq ona əyləşməyi təklif etməli və artıq ondan sonra müştərinin müraciətini böyük səbrlə dinləməlidir;
    • Müştəri tərəfindən təqdim edilən sənədlərin yoxlanışı zamanı müştəri tərəfindən bunun ona qarşı olan inamsızlıq hisslərinin deyil, zəruri prosedura olduğunu hiss etməlidir;
    • Müştəri ilə mübahisəli məsələlər yarandıqda şöbənin rəisini və ya departament direktorunu çağırılmalıdır;
    • Müştərinin müraciəti əsasında kreditin verilməsindən imtina edildiyi halda müştəri Təşkilata qarşı şəxsi inciklik hiss etməməli və sizə qarşı kin güdməməlidir;
    • Müştəri ilə ünsiyyət zamanı onda Təşkilatla uzunmüddətli əməkdaşlıq üzrə əsaslar formalaşdırmaq lazımdır;
    • Şübhəli və/və ya cinayətkar sazişlərdə iştirak etməməlidir;
    • Müştəri ilə ünsiyyət zamanı müştərinin maraqları nəzərə alınmaqla, Təşkilatın məhsul və maraqları öndə durmalıdır.
  • 2.1.1 Hər bir işçi səhər saat 09:00-da iş yerində olmalıdır.

    2.1.2 İşçinin iş yeri onun vəzifə və funksiyalarını yerinə yetirməsi üçün rahat və  münasib olmalıdır.

    2.1.3 İş masası arxasında aşağıdakılara diqqət yetirilməlidir:

    • masa üzərində kağızları, qovluqları, dəftərxana ləvazimatlarını və s. səliqəsiz saxlamamalı;
    • müştərilərlə təmasda olan əməkdaşlar masanın üzərinə qida məhsulları qoymamalı;
    • qovluq üzərindəki yazılar eyni ölçülü çap hərfləri ilə yazılmalı;
    • iş vaxtı bitdikdən sonra bütün sənədlər, ştamplar aidiyyatı üzrə şkaf və ya siyirmələrə qoyulmalı;
    • hər bir işçi iş yerində səliqə-səhmana riayət etməli, şəxsi istifadəsinə verilmiş dolabçanı təmiz saxlamalıdır.

    2.1 4  İş yerində nahar yolverilməzdir.

    2.1.5  Ön ofis işçiləri növbəlilik qrafikinə riayət etməklə digər işçilərdən fərqli   olaraq, iş vaxtı ərzində çay saatlarında mətbəxdə ola bilərlər.

    2.1.6 İstirahət günləri şənbə və bazar günləridir, lakin əvvəlcədən planlaşdırılmamış, təxirəsalınmaz işlər yaranan halda işçilər istirahət günləri də işə cəlb edilə bilər.

    2.1.7 İş günü ərzində müəyyən saat iş yerindən ayrılma zərurəti yaranan zaman işçilər tərəfindən “Bir günlük icazə vərəqi” doldurularaq, birbaşa rəhbəri və həmin struktur bölməsini kurasiya edən İdarə Heyətinin üzvü tərəfindən, rəhbər işçilər isə həmin vərəqi dolduraraq İdarə Heyətinin üzvü və sədri tətəfindən imzalatdıqdan sonra İRİE departamentinə təqdim etməklə, işdən müvəqqəti ayrıla bilər.

    2.1.8 İşçilər üzürlü səbəbdən işə gələ bilməyəcəкləri barədə birbaşa rəhbərlərini əvvəlcədən хəbərdar etməlidirlər.

    2.1.9 Ay ərzində dəfələrlə (3 və ya ondan cox) gecikən əməkdaş barədə Əmək Qanunvericiliyinə uyğun olaraq intizam xarakterli tənbeh tədbiri görülə bilər.

    2.1.10 Təşkilatın inzibati binasında siqaret çəkmək qəti qadağandır:

    • İş prosesini pozmamaq, müştərini ləngitməmək şərtilə, ancaq müəyyən edilmiş yerlərdə siqaretdən istifadə etmək olar.
  •  2.2 1 İşçilər bir qayda olaraq, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi qaydalarına riayət etməyə borcludurlar.

     2.2 2 Təşkilatın texniki avadanlıqları (surətçıxartma maşını, faks aparatı və s.) kənar şəxslər tərəfindən və banka aidiyyatı olmayan işlər üçün istifadə edilməməlidir.

  • 2.3.1 İşçi ona həvalə edilmiş inventarların işlək vəziyyətdə saxlanmasına görə məsuliyyət daşıyır.

  • 2.4.1 Hər bir bank işçisi aşağıda sadalanan işgüzar еtiкеt norma və qaydalarına    riayət еtməкlə yanaşı, düzgün və səlist danışıq qabiliyyətinə malik olmalıdır:

    • Tеlеfоn zənginə mümкün qədər tеz cavab vеrməli;
    • Tеlеfоnla ucadan danışmamalı;
    • Mоbil tеlеfоn zənginin tоnunu yüкsəк dərəcəyə qоymamalı;
    • Telefondan şəxsi məqsədlər üçün yalnız zərurət yaranan hallarda istifadə etməlidir.   

    2.4.1 Struktur bölmələrinin rəhbərləri iş yerindən kənarda olduqda belə mobil telefonlarını bağlamamalıdırlar.

    • Təşkilata daxil olan müştərini ilk öncə məlumat xidməti işçisi qarşılayaraq onun müraciəti əsasında xidmət olunacaq şöbəyə istiqamətləndirməli;
    • Xidmət edəcək mütəxəssislər digər müştərilərlə məşğul olduğu halda, ona gözləmə zalında əyləşməyi və öz növbəsini gözləməyi təklif etməli;
    • Bu müddət ərzində isə gözləmə zalında əyləşən müştəriyə su, çay və s. təklif olunmalıdır.
  • 2.6.1  Təşkilat işçisi geyiminə və xarici görünüşünə xüsusi diqqət yetirməlidir, yəni saç düzümünə və şəxsi gigiyenasına fikir verməlidir.

    2.6.2. Əməkdaşlar iş günlərində Təşkilat daxilində aşağıda göstərilən geyim   qaydalarına riayət etməlidirlər:

    Ümumi:

    • Cins materialından hazırlanmış paltarlar, idman üslubunda geyim paltarları, çimərlik ayaqqabıları, üzərində iri yazılar olan paltarlardan çəkinməlidirlər.

    Bəylər üçün:

    • qalstuk taxmalı;
    • saç düzümü səliqəli olmalı;
    • üzü qırxılı olmalı;
    • qıcıqlandırıcı ətirlərdən çox miqdarda istifadə etməməli.

    Xanımlar üçün:

    • işgüzar geyim formasında topuqdan yuxarı qısa şalvarlar, kürək hissəsi və çiyinləri açıq paltarlar, çox qısa yubkalar geyinməməli;
    • bədən hissələrinin görünməsinə səbəb olan şəffaf paltarlar geyinməməli;
    • al-əlvan rəngli paltarlardan çəkinməli (kofta, şalvar və s.)
    • dizdən yuxarı olan uzunboğaz çəkmələr geyinməməli;
    • parlaq və rəngarəng makiyaj çəkməməli;
    • böyük və gözə çarpan, parlaq bijuteriya və aksessuarlar taxmamalı; (qolbaq, sırğa, boyunbağı, saç sancağı, kəmər və s.)
    • qıcıqlandırıcı ətirlərdən çox miqdarda istifadə etməməli;
    • birbaşa müştərilərlə işləyən (ön ofis) xanımlar yuxarı hissəsi bəyaz, aşağı hissəsi tünd rənglərdə olan geyim formasından istifadə etməli, saç düzümü səliqəli olmalıdır.
  • 2.7.1 İş müddəti ərzində təmizlik işlərinin aparılması yolverilməzdir.

    2.7.2 Xidməti personal tərəfindən təmizlik işləri iş saatı başlamazdan əvvəl, nahar vaxtı və ya iş saatı başa çatdıqdan sonra aparılmalıdır..

  • 3.1 Bu Məcəllənin tələblərini pozan Təşkilat əməkdaşları intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

    3.2 Bu sənədin əsas məqsədi işçilərə hər hansı qeyri-etik, vicdansız, saxtakar, qeyri-qanuni davranış və ya Təşkilatının qayda və proseduralarının, habelə Əmək Məcəlləsinin pozulması halları barədə hesabat verməyin, onların vəzifəsi olmasını başa salmaqdır.