• kreditlərin (təminatlı və təminatsız), o cümlədən istehlak kreditlərinin verilməsi;
  • kredit xidməti göstərilmiş şəxslərə hesabların açılması və aparılması, onlara hesablaşma-kassa xidmətinin  göstərilməsi;
  • kredit xidməti göstərilmiş şəxslərin pul vəsaitinin, veksellərinin, ödəniş və           hesablaşma sənədlərinin inkassasiya edilməsi, onların tapşırığı ilə daxili  valyuta bazarında xarici  valyutanın alınması və satılması;
  • beynəlxalq maliyyə təşkilatlarının, dövlətlərarası sazişlər üzrə donor dövlətlərinin və Azərbaycan Respublikası Hökumətinin aqrar sahənin, habelə kənd yerlərinin inkişaf etdirilməsi layihələrinin icrasında iştirak edilməsi, eləcə də həmin layihələr üzrə  agent funksiyalarının yerinə yetirilməsi;
  • aqrar sahədə, habelə kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kreditləşdirilməsi üçün  Azərbaycan Respublikası Hökumətinin, xarici hüquqi şəxslərin, habelə beynəlxalq təşkilatların investisiyalarının cəlb  edilməsi;
  • borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq);
  • lizinq;
  • veksellərin uçotu;
  • qarantiyanın verilməsi;
  • sığorta agenti xidmətinin göstərilməsi;
  • borcalanlara, o cümlədən birgə borcalan qruplarına maliyyə, texniki və idarəetmə məsələləri üzrə məsləhət xidmətinin göstərilməsi;
  • Kredit Təşkilatının Nizamnaməsi ilə müəyyənləşdirilmiş məqsədlərə cavab verən və qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərinin həyata keçirilməsi.