Kredit Təşkilatı öz vəsaiti hesabına “Kənd Yerlərinin Kreditləşdirilməsi” proqramı xətti ilə Kənd yerlərində aqrar sahənin sosial iqtisadi inkişafına nail olmaq məqsədi ilə Azərbaycanın bütün regionlarında kredit xidmətini həyata keçirir.
Sahibkarlığın inkişafına dəstək məqsədi ilə Kredit Təşkilatı Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına Naxçıvan MR istisna olmaqla Azərbaycanın bütün regionlarında sahibkarlıq subyektlərinə kredit xidməti göstərir.
Kredit Təşkilatı kənd yerlərində yaşayanların maddi durumunun yaxşılaşdırılmasına kömək etmək məqsədi ilə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) maliyyələşdirdiyi “Şımal-Şərq İnkişaf Layihəsi” çərçivəsində Abşeron, Xızı, Şabran və Siyəzən rayonlarında, eləcə də kənd yerlərində yoxsulluğun azaldılması məqsədi ilə “Şımal-Qərb Kənd İnkişaf Layihəsi” çərçivəsində Qazax, Tovuz, Şəmkir və Ağstafa rayonlarında kredit xidmətini həyata keçirir.
Kredit Təşkilatı
Yaponiya Hökümətinin 2KR Proqramının icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi ilə birgə ötən illərdə Yaponiya Hökumətinin Qrantı və bu layihənin davamı olaraq “Tərəfdaşlıq fondu”na yığılmış vəsait hesabına alınaraq fiziki və hüquqi şəxslərə icarəyə verilmiş kənd təsərrüfatı texnikasının istifadəsindən yığılmış vəsaitlərin Tərəfdaşlıq Fonduna köçürülməsini həyata keçirir.
Kredit Təşkilatı həmçinin Dünya Bankının keçmiş Təsərrüfatların Özəlləşdirilməsi Layihəsi üzrə və keçmiş Aqrar Kredit Fondu tərəfindən verilmiş kreditlərinin idarə olunmasını həyata keçirir.