Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 24 dekabr 1987-ci ildə keçmiş SSRİ Aqrar Sənaye Bankının Azərbaycan Respublikası Bankı kimi yaradılmış və 1988-ci il yanvar ayının 1-dən fəaliyyətə başlamışdır.
   1992-ci il oktyabr ayının 26-dan Azərbaycan Respublikası Səhmdar Kommersiya Bankı kimi təsis edilmiş və 2001-ci ilədək Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı kimi fəaliyyət göstərmişdir.
   Azərbaycan Respublikasında aparılmış bank islahatlarına uyğun olaraq aprel 2001-ci il tarixdən təşkilati hüquqi forması saxlanılmaqla «Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra «Aqrarkredit» Səhmdar Kredit Təşkilatı adlanacaq) adı altında fəaliyyət göstərir.

 

 

   
 
 
 
 
 
10Xəbərlər