Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Proqramı
Əsas məqsəd:
Fondun vəsaitləri hesabına kredit xidməti göstərməklə sahibkarlığın inkişafına dəstək vermək.
İnzibati ərazi – Naxçıvan MR istisna olmaqla Azərbaycan Respublikasının bütün regionları.
Proqramın icrasını təmin edir: - Bakı, Bərdə, Lənkəran, Salyan, Ucar, İmişli, Gəncə, Xaçmaz, Qazax, Şəki, Şamaxı filialları.
Kreditləşmənin subyektləri – sahibkarlar.
Kreditin təyinatı(İqtisadiyyatın prioritet sahələri)
- İnformasiya texnologiyalarının inkişafı;
- Turizm sektoru;
- Kənd təsərrüfatı;
- İnnovasiya yönümlü sahibkarlıq fəaliyyəti
- Yeyinti sənayesi
- Yüngül sənaye.
- Kimya sənayesi.
- Maşınqayırma sənayesi
- Yerli xammala əsaslanan tikinti materialları istehsalı
- Əhalinin ənənəvi və tarixi əmək vərdişləri əsaslanan iqtisadiyyatın sahələri(xalçaçılıq,misgərlik və s.)
- Ağac emalı və mebel istehsalı
- Xidmət sahələri
Kreditin həddi və müddəti:
- 10 000 manatdan 50 000 min manatadək kiçik həcmli kreditlər üçün – 2 (iki) ilədək;
- 50 001 manatdan 250 000 manatadək orta həcmli kreditlər üçün – 3 (üç) ilədək;
- 250 001 manatdan 1 000 000 manatadək böyük həcmli kreditlər üçün – 5 (beş) ilədək;
- 1 000 001 manatdan 5 000 000 manatadək iri həcmli kreditlər üçün – 7 (yeddi) ilədək;
- Kreditlərə Daxili Qaydalarda müəyyən edilmiş şərtlər daxilində güzəşt müddəti müəyyən edilir.
Kredit faizi və komission haqqı:
- İllik faiz dərəcəsi - 6 %.
- Kreditin qiymətləndirilməsi və göstərilən digər xidmətlərə görə İdarə Heyətinin müəyyən etdiyi həddə komission haqqı.
Kreditin və faizin ödənişi
- Kreditə hesablanmış faizin ödənişi ayda bir dəfədən az olmamaqla;
- Əsas borcun ödənişi əsas borca tətbiq olunmuş güzəşt dörvü başa çatdıqdan sonra kredit müqaviləsində nəzərdə tutulmuş müddətdən başlayaraq ödənilir.
Kreditə müraciət edənlər aşağıdakı sənədləri təqdim edir:
- Kredit ərizəsi;
- Biznes plan (kredit layihəsi);
- Təqdim edilən layihə məbləğinin ən azı 30%-i sahibkarın öz vəsaiti olduqda;
- Kreditin təminatı kimi likvid girov əmlakı və ya zəmanət.
- Girov əmlakının sığortalanması məqsədəuyğundur.