Kredit Təşkilatının nizamnamə kapitalı 100% Dövlətə məxsus olmaqla 18.535.425 (on səkkiz milyon beş yüz otuz beş min dörd yüz iyirmi beş) manata bərabər tutulan hər birinin nominal dəyəri 1(bir) manat olan 18.535.425 (on səkkiz milyon beş yüz otuz beş min dörd yüz iyirmi beş) ədəd adi səhmlərdən ibarətdir. Kredit Təşkilatının dövlətə məxsus səhm zərfinin saxlayıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi çıxış edir.